May 18, 2019 21:24 Asia/Baku
  • General Səlami: ABŞ-ın qüdrəti süqut etməkdədir
    General Səlami: ABŞ-ın qüdrəti süqut etməkdədir

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı ABŞ-ın dünyada öz imicini itirməkdə və yolun sonuna yaxınlaşmaqda olduğunu dedi.

İRİB-nin bildirdiyinə görə, general Hüseyn Səlami şənbə günü dedi: ABŞ-ın məğlubiyyətlərinin kökü bu ölkənin siyasi fəlsəfəsinə qayıdır. Bu siyasət ölkələr və xalqları əsir etmək, özündən asılı hala salmaq və girov götürməkdir.

General səlami İran  İslam respublikası və İran xalqının mövqeyini qəti və möhkəm dəyərləndirib və deyib: İranın qüdrəti iftixar yolunda möhkəmlənməkdədir.

Sepah-ın baş komandanı İran və ABŞ arasındakı informasiya savaşını da ciddi bir reallıq adlandırdı və dedi: İran informasiya savaşında düşməni məğlub etməyə qadirdir.

General Səlami həmçinin dedi: İran düşmən ilə savaşda bir an olsun belə ABŞ barədə düşünməkdən, onun strategiyasını öyrənməkdən və rəftarlarını dəyərləndirməkdən qəflət etmir.

Teqlər