May 19, 2019 19:04 Asia/Baku
  • İran terrorçuların maliyyə qaynaqlarını kəsmək üçün hərtərəfli əməkdaşlığa çağırış etdi
    İran terrorçuların maliyyə qaynaqlarını kəsmək üçün hərtərəfli əməkdaşlığa çağırış etdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin terrorizm və ifratçılıq ilə mübarizə idarəsinin rəisi dedi: Tehran ölkələrin milli qanunlarının nəzərə alınması ilə terrorizmin maliyyə qaynaqlarının qurudulması istiqamətində regional və beynəlxalq səviyyədə hərtərəfli əməkdaşlıqların tərəfdarıdır.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Hüseyn Məliki Türkmənistanın paytaxtı Duşənbə şəhərində keçirilən "Terrorizm və onun maliyyə qaynaqları ilə mübarizə" adlı beynəlxalq konfransda dedi: ABŞ-ın sanksiyaları narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə üzrə regional və beynəlxalq əməkdaşlıqlara mənfi təsir buraxır. Və yaranmış vəziyyətin mənfi nəticələrinə görə birbaşa olaraq Vaşinqton məsuliyyət daşıyır.

İranın Xarici İşlər Nazirliyinin terrorizm və ifratçılıq ilə mübarizə idarəsinin rəisi həmçinin dedi: terrorizm ilə mübarizə ilk mərhələdə onun köklərinə diqqətin göstərilməsinə ehtiyaclıdır. Xarici ölkələrin regiona hərbi təcavüzü, Fələstinin 70 ildən çoxdur ki, işğal altında saxlanılması və regionda ifratçılıq və təkfirçiliyin təbliğ edilməsi bu problemin arxasında duran əsas amillərdir.

Hüseyn Məliki həmçinin dedi: Terrorizm ilə mübarizə və onun maliyyə qaynaqlarının qurudulması beynəlxalq hüquq normalarına və BMT-nin nizamnaməsinə uyğun şəkildə olmalıdır.

Teqlər