May 27, 2019 17:01 Asia/Baku
  • İnqilab Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib
    İnqilab Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib

Möminlər ağası, dünya şiələrinin birinci imamı, Həzrət Əmirəlmöminin(ə)-ın şəhadətinin ildönümü günündə o böyük imamın əzadarlıq mərasimi İmam Xomeyni(r.ə.) hüseyniyyəsində xalqın müxtəlif təbəqələrinin iştirakı ilə İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda keçirilib.

Bu gün günorta namazından sonra keçirilən bu mərasimdə Əhli-Beyt(ə) mədhiyyəçisi möminlər ağası Həzrət İmam Əli(ə)-ın əzadarlığında mərsiyəxanlıq edibdir.

Bu gün, 1440-cı hicri qəməri ili ramazan ayının 21-i, 1398-ci günəş ili xordad ayının altısı və 2019-cu milad ili mayın 27-si, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin ildönümü günüdür.

İslami İranın mömin xalqı bu gün müxtəlif əzadarlıq mərasimlərində iştirak edərək, dünya şiələrinin birinci imamı, Həzrət Əli(ə)-ın şəhadətinin matəmində hüzn və kədərə qərq olubdur.

Teqlər