May 28, 2019 18:07 Asia/Baku
  • Rəhbərlik Xübrəqanı Məclisi ümumdünya Qüds günü münasibətilə bəyanat verdi
    Rəhbərlik Xübrəqanı Məclisi ümumdünya Qüds günü münasibətilə bəyanat verdi

Rəhbərlik Xübrəqanı Məclisi bir bəyanat yayaraq, "Əsrin Anlaşması" adlı amerikan planı kəskin formada qınayaraq, İran xalqını ümumdünya Qüds günü yürüşündə iştiraka dəvət etdi.

İRİB-nin bildirdiyinə görə, bu bəyanatda deyilir: Bu gün İmam Xomeyni(rə)-in Ramazan ayının sonuncu cüməsini Qüds günü elan etməsindən təqribən 40 il ötür. Artıq İsrailin cinayətləri və Fələstin xalqına qarşı zülmləri habelə, beynəlxalq terrorizmi himayə etməsi heç kimə gizli deyil. Və bu gün Fələstin xalqının hüquqlarını müdafiə qlobal bir tələbə çevrilib.

Rəhbərlik Xübrəqanı Məclisi ümumdünya Qüds günü ərəfəsində bildirib: Fələstin xalqının müqaviməti xüsusilə də fələstinli gənclərin fədakarlıqları Ramazan ayının son cüməsində öz bəhrəsini verəcək və işğalçı rejimin məhvinə şərait yaradacaq.

Teqlər