May 31, 2019 10:32 Asia/Baku
  • Şəmxani: Fələstin və Qüds azad olunacaq

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi: Ümumdünya Qüds günü elan olunduğu zamandan sonra Fələstin ətrafında cərəyan edən hadisələr nəticəsində region xalqları artıq Fələstin və Qüdsün azad olunacağına inanmağa başlayıblar.

Əli Şəmxani cümə axşamı İRİB-yə verdiyi müsahibədə dedi: Sİonist rejim məğlub ediləndir və bu rejimin məğlubedilməzlik əfsanəsi artıq pozulub. 

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Fələstin xalqının müqavimətini və dözümlülüyünü xüsusilə də İran xalqının himayəsini Fələstinin azad və sionist rejimin məğlub olmasını inandırıcı edən digər amillər adlandırdı. 

Şəmxani dedi: İndi regionda elə bir güclü müqavimət cəbhəsi formalaşıb ki, Netanyahu hətta "Əsrin anlaşması" planının elan olunması ərəfəsində belə nazirlər kabinetini təşkil etməyə qadir deyil. 

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi həmçinin, müsəlmanların yaxın gələcəkdə Qüdsdə namaz qılacaqları günün yaxın olduğunu söyləyərək, dedi: İslam ümməti Fələstin və müsəlmanların birinci qibləsini öz ağuşuna qaytaracaq. Bu ilahi vəddir və gerçəkləşməsi mümkündür. 

Teqlər