May 31, 2019 13:33 Asia/Baku
  • Qüds günü yürüşünün yekun bəyanatında Fələstinin ideallarının və müqavimət cəbhəsinin himayəsinə təkid edildi

Qüds yürüşü işstirakçıları yürüşün sonunda qəbul edilən bəyanatda Qüdsün azad edilməsini, Fələstin xalqının sionist işğalçıların caynağından xilas olmasını və İsrail rejiminin məhv edilməsinə səyi İslam dünyasının idealları adlandırdılar.

Qüds yürüşü iştirakçıları Tehranda yürüşün sonunda qəbul edilən bəyanatda Müqavimət cəbhəsini hərtərəfli formada dəstəklədiklərinə təkid edərək, ABŞ prezidentinin İslam ölkələrinə qarşı nəhs və mənfur planları ilə mübarizəyə təkid edilər. 

Yürüş iştirakçıları daha sonra ABŞ-ın "Əsrin anlaşması" adlı fitnə planını qınayaraq, ərəb ölkələri başçılarının sionist rejim ilə əlaqələrin normalaşdırılması üzrə hərəkətlərini və Bəhreyndə keçirilməsi planlaşdırılan Amerikan-sionist iqtisadi forumunu tənqid ediblər. 

Bu bəyanatda həmçinin, fələstinlilərin "Qayıdış Haqqı" yürüşlərinə dəstək verilib və bildirilib: İnsan haqları müdafiəçilərinin Qəzzədə törədilən soyqırımı və İsrailin bəşəriyyət əleyhinə cinayətləri qarşısında sükut etmələri, Fəəstin xalqı və ölkəsinin məhvinə hesablanmış cinayətlərə göz yummaları dünya müsəlmanlarının narahatlığına səbəb olub. 

Qüds yürüşündə ştirak edənlər həmçinin bildiriblər: Fələstin məsələsinin yeganə həll yolu intifazənin davam etdirilməsi, zalım qüdrətlər qarşısında müqavimət, anlaşma ilə müxalifət, təslimçilik ilə barışmamaq, fələstinli didərginlərin öz torpaqlarına qayıtmaları və Fələstinin taleyini təyin etmək üçün referendumun keçirilməsidir. 

Qüds yürüşündə iştirak edənlər yekun qətnamədə ABŞ-ı bəşəriyyətin bir nömrəli düşməni hesab edərək, ABŞ-ın nüvə anlaşmasından çıxmasını, İrana qarşı sanksiyaları bərpa etməsini və Sepah-ı terrorçu elan etməsini qınayıblar. 

Teqlər