İyun 02, 2019 21:55 Asia/Baku
  • Laricani: Səudların və BƏƏ-çilərin rəftarı uzaq perspektivdə onların zərərinə olacaq
    Laricani: Səudların və BƏƏ-çilərin rəftarı uzaq perspektivdə onların zərərinə olacaq

İran İslam Şurası Məclisinin sədri deyib ki, səudların və BƏƏ-çilərin rəftarı uzaq perspektivdə onların zərərinə olacaqdır.

Əli Laricani Suriyanın Tehrandakı səfiri Ədnan Mahmudla görüşdə əlavə edib: Təəssüflər olsun ki, ötən illərdə regiondakı bəzi ərəb ölkələri Suriyaya qarşı birləşib və bu ölkə əleyhinə hərəkət ediblər ki, əlbəttə, suriyalıların müqavimətilə məğlub olublar.

Laricani söyləyib: Bu gün Suriya hökuməti ötən illərdə baş vermiş mənfi hərəkətlər arasında mətanətlə hərəkət edib və öz müqaviməilə qalib gəlibdir.

Suriyanın Tehrandakı səfiri də bildirib ki, İranın Suriyada iştirakı Dəməşqin xahişi ilə və terrorizmlə mübarizə istiqamətində olubdur. O, deyib: Regiondakı hazırkı müharibə müqavimət cəbhəsinə qarşıdır.

Teqlər