İyun 12, 2019 10:12 Asia/Baku
  • Zərif: BƏƏ ikinci
    Zərif: BƏƏ ikinci "İsrail"ə çevrilməkdədir

İran xarici işlər naziri bir ərəbdilli mediyaya verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri silah alqısına milyardlarla dollar xərcləyir və ikinci "İsrail" olmaq istəyir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə "Əl-Telvizion əl-Ərəbi" kanalı ilə müsahibədə əlavə edib: Regionda iki-üç ölkə mövcuddur ki, Amerika ilə əlaqələr qurmaqla öz təhlükəsizliyini qoruya biləcəyini zənn edir, amma yanılır.

"Əl-Telvizion əl-Ərəbi" kanalının məlumatına görə, İranın xarici işlər naziri deyib: Heç vaxt Amerikaya icazə verməyəcəyik ki, birtərəfli surətdə savaşı xalqımıza qəbul etdirsin və mütləq şəkildə hamı zərər çəkəcəkdir, zira müharibə müharibədir.

Amerikanın anti-iran sanksiyalarına toxunan Zərif əlavə edib: Amerika prezidentinin İrana qarşı iqtisadi savaşı terrorizmdir və İran heç vaxt terrorçularla danışıqlar aparmayacaqdır.

Zərifin "Əl-Telvizion əl-Ərəbi" kanalı ilə müsahibəsi tam şəkildə bu gün yayılmalıdır.

Teqlər