İyun 18, 2019 11:48 Asia/Baku
  • Dünyada ən çox İran narkotik maddələr aşkar edibdir
    Dünyada ən çox İran narkotik maddələr aşkar edibdir

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi bildirib ki, dünyada tiryəkin üzə çıxarılmasının 76 və morfinin aşkar edilməsinin 67 faizi İranın səyləri nəticəsində müyəssər olubdur.

General Eskəndər Momeni Tehranda İraq daxili işlər nazirliyinin narkotik maddələrlə mübarizə idarəsinin rəisi ilə görüşdə əlavə edib: İranın narkotik maddələr tranziti istiqamətində yerləşməsinə görə, İranda bu maddə ilə mübarizə məsələsi böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə “narkotik maddələrlə mübarizə” qərargahı təşkil edilib və onun məsuliyyəti də prezidentin üzərinə düşür.

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi İranda və dünyada narkomaddələrin vəziyyətinə işarə edərək, əlavə edib: İran İslam Respublikası coğrafi mövqeyə görə, dünyada uyuşdurucu maddələrin doxsan faizindən çoxunun istehsal edildiyi Əfqanıstanın kənarında yerləşir.

İranın narkotik maddələrlə mübarizə qərargahının baş katibi Əfqanıstandan narkotik maddələrin qaçaq edilməsinin son məqsədini, Avropa elan edib və belə deyib: Narkotik maddələr dünyada çox mənfəətli bir ticarətə çevrilib və bu şərait səbəb olubdur ki, İran İslam Respublikası hər il bu beynəlxalq bəla ilə mübarizə üçün sərhədin gücləndirilməsi kimi addımlar istiqamətində yüz milyonlarla dollar pul xərcləsin, halbuki bu büdcə  davamlı inkişafa xərclənə bilərdi.

General Momeni bildirib ki, İran İslam Respublikası ötən otuz ildə təqribən on bir min ton narkomaddə aşkar edib. O, əlavə edib: Bu yolda üç mindən çox insan şəhid olub və on iki min nəfərdən çox insan da hərbi əlil dərəcəsinə nail olubdur.

İraq daxili işlər nazirliyinin narkotik maddələrlə mübarizə idarəsinin rəisi general-mayor Əbdulsahib də bu görüşdə deyib: Bu qənaətdəyik ki, narkotik maddələr beynəlxalq bir problemdir və bir ölkə təklikdə onunla mübarizə apara bilməz. Bu beynəlxalq mübarizə üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.

 

 

Teqlər