İyun 27, 2019 08:19 Asia/Baku
  • Tehranda şəhidlərlə vida mərasimi keçirilib
    Tehranda şəhidlərlə vida mərasimi keçirilib

Dünən gecə İran paytaxtı əhalisindən müxtəlif təbəqələrin iştirakı ilə Tehrandakı Müqəddəs Müdafiə Muzeyi Bağında naməlum şəhidlərlə mənəvi vidalaşma mərasimi keçirilib.

Tehran əhalisi bu mərasimdə 72 şəhidin cənazəsi ilə vidalaşıb. Bu şəhidlər bu gün Tehranda müşayiət ediləcək 150 şəhidin cənazəsinin bir hissəsidir.

Bu 150 şəhid cənazəsindən 34-nün kimliyi müəyyən edilibdir ki, iki şəhid müdafiə hərəmi şəhidlərinə aiddir, yerdə qalanları ilə naməlum şəhidlərdirlər.

Bu şəhidlərin əksəriyyəti səkkiz il Müqəddəs Müdafiə dövründəki müxtəlif əməliyyatlara aiddir ki, İranın cənubundakı əməliyyat bölgələrində axtarış gedişində müəyyən edilbdir.

Şəhidlərin cənazələrinin müşayiət olunması mərasimi bu gün səhər Tehran Universitetində  başlanacaq və mərasimin əsas natiqi İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri olacaqdır.

Qeyd olunan 150 şəhidin cənazəsi İranın 17 vilayətinə aiddir.

Teqlər