İyun 27, 2019 11:45 Asia/Baku
  • Cebelli: Dünyanın iri mediaları İran-Press-in təsvirlərindən istifadə edirlər
    Cebelli: Dünyanın iri mediaları İran-Press-in təsvirlərindən istifadə edirlər

İran İslam Respublikası TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini deyib: Dünyanın bir çox tanınmış və təcrübəli mediaları İran-Press beynəlxalq-təsvir xəbər agentliyinin xüsusi xidmətlərindən istifadə etmək istəyirlər.

İran İslam Respublikası TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini Peyman Cebelli Təsnim xəbər agentliyindən baxış çərçivəsində, əlavə edib: Son bir neçə ayda medialar İran İslam Respublikası prezidentinin çıxışı və Amerikanın casusluq pilotsuzunun qalığı barədəki təsvirlər daxil olmaqla müxtəlif olayları yaymaq üçün İran-Press-in təsvirlərindən istifadə ediblər.

İran İslam Respublikası TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini bildirib ki, sərhədaşırı medialar düşmənlərin nəhs hədəfləri ilə mübarizə aparırlar. O, deyib: İran İslam Respublikası TeleRadio Təşkilatının sərhədaşırı mediaları meydana gəliblər ki, düşmənlər ümumi fikri idarə etməyi əllərinə almasınlar.

Cebelli həmçinin Amerikadakı mühüm təfəkkür otaqlarının İranın yumşaq müharibə və düşüncə sahəsindəki irəliləyişini etiraf etmələrinə toxunaraq, deyib: Amerikadakı mühüm təfəkkür otaqlarından birinin- CSIS-ın etirafına görə, İranın Press TV, Əlaləm və Hispan TV kimi kanalları Amerika üçün ən böyük təhlükə sayılırlar.

İran İslam Respublikası TeleRadio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini düşmənlərin İranın sərhədaşırı mediaları üçün yaratdıqları məhdudiyyətlərə toxunaraq, əlavə edib: Sərhədaşırı kanallar məhdudiyyətlərə adət ediblər və işi dayandırmayacaqlar.

 

 

 

Teqlər