İyun 27, 2019 13:48 Asia/Baku
  • Tehranda 150 şəhidin cənazəsi müşayiət olunub

Müqəddəs Müdafiə dövrünün son zamanlar aşkar edilən 150 şəhidinin pak cənazəsinin müşayiət olunması mərasimi möhtərəm şəhid ailələri və İran xalqının iştirakı ilə Tehranda keçirilib.

Bu şəhidlərin əksəriyyəti səkkiz il Müqəddəs Müdafiə dövründəki müxtəlif əməliyyatlara aiddir ki, İranın cənubundakı əməliyyat bölgələrində axtarış gedişində müəyyən edilbdir.

Bu 150 şəhid cənazəsindən 34-nün kimliyi müəyyən edilibdir ki, iki şəhid müdafiə hərəmi şəhidlərinə aiddir, yerdə qalanları isə naməlum şəhidlərdirlər.

İranın məhkəmə hakimiyyətinin sədri höccətulislam vəlmuslimin Ebrahim Rəisi Müqəddəs Müdafiə dövrünün 150 şəhidinin cənazəsinin müşayiət olunması mərasimində deyib ki, şəhidlər müqaviməti İran xalqına öyrətdilər.

O, əlavə edib: İran İslam Respublikası öz müqavimətində əsla tərəddüd etmir və düşmən qarşısındakı müqavimətdə heç bir tərəddüdə yol vermir və Amerikanı özünün əsas düşməni hesab edir.

İranın məhkəmə hakimiyyətinin sədri əlavə edib: İran İslam Respublikası sionist rejimin və amerikalıların qarşısında var gücü ilə dayanacaq və tam qüdrətlə onları bu meydanda peşman etməyə hazırdır.

Teqlər