İyun 27, 2019 20:19 Asia/Baku
  • Zərif: 3 Avropa ölkəsinin bəyanatı nüvə sazişinə ziddir

İran İslam Respublikasının xarici işlər naziri üç Avropa ölkəsinin bəyanatına reaksiyada Avropa Birliyinin xarici siyasət üzrə koordinatoruna bir məktub ünvanlayaraq bildirib ki, bu bəyanatın məzmunu nüvə sazişinə ziddidr.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif öz məktubunda avropalı tərəflərin nüvə sazişi çərçivəsində  və onların sonrakı bəyanatlara əsasən öz üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməkdən boyun qaçırma hallarını bildiribdir. 

İİR XİN başçısının məktubunda həmçinin nüvə sazişinin mətninə və İranın müştərək komissiyanın koordinatoru ilə rəsmi məktublaşmalarına istinad edilərək İranın ümumiyyətlə nüvə sazişindəki öhdəliklərini yaxud öhdəliklərinin bəzilərini dayandırmaq hüququna malik olduğu vurğulanıb. 

Məhəmməd Cavad Zərif bu məktubda bir daha nüvə sazişinin digər tərəflərinə bildirib ki, bu sazişin saxlanılması üçün yeganə yol müqabil tərəflərin öz öhdəliklərini yerinə yetirmələrindən ibarətdir. 

Zərif İran İslam Respublikasının nüvə sazişinə uyğun olaraq öz hüquqlarından istifadə etməkdə o sıradan öhdəliklərinin icrasını dayandırmaqda tam ciddi olduğunu və bu sahədə siyasi təzyiqlərin təsiri altına düşməyəcəyini vurğulayıb. 

İran XİN rəhbəri həmçinin Tvitter səhifəsində ABŞ prezidenti Donald Trampa xitabən yazıb: "Sanksiyalar müharibəni əvəz etmir əslində müharibənin özüdür. İran ilə qısa müddətli müharibə xülyadır. Müharibəni başlayan tərəf onu bitirən tərəf olmayacaq.  Müzakirə və təhdid paralel şəkildə cavab verməz. "

Teqlər