İyun 29, 2019 15:15 Asia/Baku
  • İranın müxtəlif şəhərlərində 150 şəhidin cənazəsi müşayiət olunub
    İranın müxtəlif şəhərlərində 150 şəhidin cənazəsi müşayiət olunub

Dünya şiələrinin altıncı imamı Həzrət İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü ilə bir zamanda İslami İranın 16 şəhərində 150 şəhidin pak cənazəsi müşayiət olunub.

Cümə axşamı günü Tehranda əhalinin əzəmətli iştirakı ilə müşayiət olunaraq, şəhrestanlara köçürülmüş İranın 150 şəhidinin pak cənazəsi bu gün İranın 16 şəhər və mətəqəsində, o cümlədən Qom, Rəşt, Mazandaran, Bircənd, Şəhrekord, Əhvaz və Ərdəkanda müşayiət olunaraq, dəfn olunubdur.

Bu gün dəfn olunmuş şəhidlər arasında 34-nün kimliyi müəyyən edilibdir ki, iki şəhid müdafiə hərəmi şəhidlərinə aiddir, yerdə qalanları isə naməlum şəhidlərdirlər.

Bu gün 2019-cu milad ili iyunun 29-u, 1440-cı hicri qəməri ili şəvval ayının 25-i, dünya şiələrinin altıncı imamı, İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

Teqlər