İyul 02, 2019 19:12 Asia/Baku
  • İranlı idmançıların münaqişəli Qarabağ məntəqəsində keçirilən yarışlarda iştirakı rədd olunub
    İranlı idmançıların münaqişəli Qarabağ məntəqəsində keçirilən yarışlarda iştirakı rədd olunub

İran İslam Respublikası iranlı idmançıların Qarabağın Xankəndi şəhərində keçirilən idman yarışlarında iştirak etmələrinə dair iddianı rədd edib.

İranın Bakı səfirliyindəki məlumatlı bir mənbə bildirib ki, iranlı idmançıların Xankəndi şəhərində keçirilən idman yarışlarında iştirak etmələrinə dair xəbərlər təsdiq olunmur.

Bu mənbə əlavə edib: Qarabağ idman yarışlarında iştirak qanunsuzdur və İran dövləti onun icazəsini verməyibdir.

Erməni medialar bundan öncə 245 iranlı idmançının Qarabağın Xankəndi şəhərində keçirilən idman yarışlarında iştirak etməsinə dair xəbərlər yaymışdılar.

Teqlər