İyul 04, 2019 14:14 Asia/Baku
  • Bəsic təşkilatının yeni rəisi təqdim olunub
    Bəsic təşkilatının yeni rəisi təqdim olunub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Bəsice Mostəzəfin Təşkilatının qabaqkı rəisinin qiymətləndirilməsi və indiki rəisinin təqdimatı mərasimi ölkə və ordu rəsmilərinin iştirakı ilə keçirilib.

Bu gün keçirilmiş bu mərasimdə briqada generalı pasdar Qolamreza Soleymaninin Bəsice Mostəzəfin Təşkilatının yeni rəisi təyin edilməsi hökmü İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor pasdar Hoseyn Səlami tərəfindən ona təqdim olunub və briqada generalı pasdar Qolamhoseyn Qeybpurun zəhmət və səylərinə görə təşəkkür edilib.

General Səlami bu mərasimdə bildirib ki, bəsic islami quruluşun hegemonçu quruluş ilə qarşılaşma atmosferində bütün parametrlərin dəyişdiricisidir. O, əlavə edib: Düşmən çalışıbdır ki, İslami İranı iqtisadi, psixoloji və informasiya təzyiqləri altında qoysun, amma İran xalqı bu döyüşdə başıucalıqla müqavimət göstərir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü Qolamreza Soleymanini İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Bəsice Mostəzəfin Təşkilatının rəisi vəzifəsinə təyin etdilər.

 

 

Teqlər