İyul 07, 2019 17:44 Asia/Baku
  • Sepah-ın
    Sepah-ın "Sepehr-110" tipli taktiki rabitə sisteminin təqdimatı olub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın "Sepehr-110" tipli taktiki rabitə sistemi bu inqilabi orqanın baş komandanının iştirakı ilə təqdim olunaraq, istifadəyə verilib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın iranlı alimlərin ciddi-cəhdi ilə düzəldilərək, təqdim olunan "Sepehr-110" tipli taktiki rabitə sistemi gözlənilməz hadisələr kimi təsadüfi böhranlar, həmçinin təhlükəsizlik, hücum və müdafiə şəraitlərində müxtəlif döyüş, taktika, əməliyyat və strateji səviyyələrin komandanlarının bütün rabitə ehtiyaclarını aradan qaldırır.

Yüksək sürət, elastiklik, gəmi və qayıqlar üzərində quraşdırılma və nəzərdə tutulan bütün məntəqələrdə istifadəyəverilmə "Sepehr-110"nun özəlliklərindəndir.

"Sepehr-110" taktiki rabitə sistemi həmçinin düşmənin elektron savaşı ilə mübarizə qabiliyyətinə malik olaraq, dinləmə, hak, sızma, aldatma və xələlgətirmə kimi hər növ hərəkət qarşısında davamlıdır.

Teqlər