İyul 11, 2019 06:49 Asia/Baku
  • Musəvi: Amerika bir daha məğlub oldu

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Amerika Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin iclasını keçirməklə təcriddə qaldı.

Seyyed Əbbas Musəvi dünən gecə twitter-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin İran barədəki iclasına toxunaraq, yazıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin məzhəkəsində Amerika üçün digər bir məğlubiyyət qeydə alındı.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib: Nüvə anlaşmasının hüquqi möhkəmliyi, İranın siyasi və əxlaqi cəhətdən sanballı olması və fəal diplomatiya, bütün yolları çoxiddialı əhdpozanların üzünə bağlayır.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də öz şəxsi twitter səhifəsində Amerikanın nüvə anlaşmasına nifrət etdiyini bildirərək, yazıb: Amerika nüvə anlaşmasına riayət edən bütün ölkələri tənbeh edir.

Zərif vurğulayıb ki, Amerika nüvə anlaşmasından çıxdığına görə, bu anlaşma ilə bağlı məsələləri irəli sürmək səlahiyyətinə malik deyildir. O, əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin on beş hesabatına əsasən, İran nüvə anlaşmasına tam şəkildə sadiq olubdur.

Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinin İranın öz nüvə anlaşması öhdəliklərini azaltmaq üzrə son addımlarının araşdırılması barədə iclasın keçirilməsini istəməsnin ardınca bu iclas dünən axşam həmin təşkilatın Vyanadakı iqamətgahında keçirildi.

Teqlər