İyul 11, 2019 15:45 Asia/Baku
  • Zərif: İran xalqı iqtisadi terrorizm törədənlərlə müzakirə etməyəcək

İranın xarici işlər naziri amerikalılara xitabən deyib: İran xalqı iqtisadi terrorizm törədənlərlə müzakirə etməyəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün müxbirlərlə müsahibədə "Görən, İran müzakirələrdə iştirak üçün Amerikaya yaşıl işıq göstəribdirmi?" sualının cavabında deyib: Amerikalıların özləri müzakirə masasını tərk etmək qərarına gəldilər və indi yalan bir iddia ilə və ümumi fikri aldatmaq üçün bildirirlər ki, müzakirəyə hazırdırlar.

Zərif həmçinin İngiltərənin İranın Fars Körfəzində onların bir tankerini müsadirə etməyə çalışmasına dair iddiasını rədd edərək, söyləyib: Onların özlərinin irəli sürdükləri məsələ və irəli sürülən iddialar gərginlik yaratmaq üçündür və bu iddiaların heç bir dəyəri yoxdur.

İranın xarici işlər naziri Fransa prezidentinin xüsusi nümayəndəsinin Tehrana səfəri barədə isə belə deyib: Amerikanın İrana qarşı iqtisadi savaşda olduğu zamanadək avropalılar İranın öz hərəkətərini dayandıracağını gözləməməlidirlər.

Teqlər