İyul 12, 2019 17:25 Asia/Baku
  • İran-Rusiya ticarət-texnologiya yığıncağı başlanıb

İran ilə Rusiya arasında ticarət-texnologiya yığıncağı İrandan olan 68 və Rusiyadan olan onlarla elmi əsaslı şirkətin iştirakı ilə Moskvada başlanıb.

İranın elm və texnologiya üzrə üzrə vitse-prezidenti Sorena Səttari bu yığıncaqda deyib: İran və Rusiyanın texnologiya sahəsindəki həmkarlığı təşkil olunub və hər iki ölkə güclü və modern elmi əsaslı şirkətlərə malikdir.

O, İran ilə Rusiya arasındakı dərin və möhkəm münasibətlərə işarə edərək, deyib: Nanotexnologiya, biotexnologiya və hava-kosmos kimi mühüm sahələr iki ölkənin bu mühüm və həssas məntəqədə inkişaf tempini artıra bilər.

Bu yığıncaqda həmçinin Moskva ticarət otağının sədri Valeri Platonov, Rusiya əsas elmlər fondu şurasının sədri Vladimir Pançenko və Rusiya-İran ticarət şurasının sədri Andrey Ubiddinov iki ölkənin texnologiya sahəsindəki əməkdaşlıqlarının genişləndirilməsini istəyiblər.

Teqlər