İyul 14, 2019 20:48 Asia/Baku
  • Məşhədin bugünkü əhval-ruhiyyəsi
    Məşhədin bugünkü əhval-ruhiyyəsi

Səkkizinci imam(ə)-ın mövlud günündə qədim bir adət-ənənə kimi Həzrət Əli ibn Musa Əl-Rza(əleyhissəlam)-ın ziyarətgahı çiçəyə və sevincə büründü.

Samin Əlhucəc(ə)-ın mövludunun ildönümü günündə Məşhəd minlərlə vurğunun qərargahı idi.

Müsahibə: Biz bu gün səhər çatdıq.

Müsahibə: Ürəyim çox tutulmuşdu, buraya gəldim, sakitləşdim.

Müsahibə: Əvvəl İmam Zamanın zühuru, sonra gənclərin aqibətlərinin xeyir olması.

Müsahibə: Bu, sevinc göz yaşlarıdır, çünki ilk dəfədir ki, buraya gəlmişəm. Mən hacətimi istəyirəm.

Böyük şənlik keçirmək üçün buraya gəlmiş zəvvarlar.

Müsahibə: Bütün şiələri və müsəlmanları Ağa İmam Rzanın bu mövludu münasibətilə təbrik edirəm.

Bu gün səhər də Rəzəvi xüddamları hava limanında, dəmiryolu və avtobus vağzallarında olaraq, təbərrik nabat və çiçək xolları ilə zəvvarları qarşıladılar.

Müsahibə: Səmimi qarşıladığınıza görə, siz məşhədlilərə minnətdarıq.

Müsahibə: Təbrik edirəm. Ümid edirəm ki, bir gün bütün müsəlmanlar İmam Rza(ə)-ın ziyarətinə gəlsinlər.

Müsahibə: Uzaqdan gəlmişəm. Gözlərimə inanmıram. Təsadüfən xaricdən Məşhədə gəldim. İmam Rza istəyib.

İmam Rza(ə)-ın mövludu gecəsində də Rəzəvi hərəminin pak günbəzinin bayrağını dəyişməkdən əlavə, zəvvarlar və yerli sakinlər çiçək xolları və bayraqla təbrik demək üçün Rəzəvi hərəminə gəlmişdilər.

Mehribanlıqlar imamının mövludu günündə bir milondan çox zəvvar bu müqəddəs və pak hərəmin qonağı oldu.