İyul 15, 2019 07:07 Asia/Baku
  • Zərif avropalıların nüvə anlaşmasının qorunmasına ciddi və real yanaşmalarını istəyib
    Zərif avropalıların nüvə anlaşmasının qorunmasına ciddi və real yanaşmalarını istəyib

İran İslam Respublikasının xarici işlər naziri Nyu-Yorka daxil olan kimi avropalıların nüvə anlaşmasının qorunmasına ciddi və real yanaşmalarını istəyib.

BMT-nin iqtisadi və ictimai şurasının yüksək vəzifəli rəsmilərinin illik iclasında iştirak üçün dünən Nyu-Yorka daxil olmuş Zərif avropalıların nüvə anlaşmasının qorunmasına maraq göstərmələrini yetərli bilməyib. Deyib ki, avropalılar bu beynəlxalq anlaşmanın qorunması üçün sərmayə qoymalıdırlar ki, hələ şahidi olmamışıq.

İranın xarici işlər naziri əlavə edib: Sərmayə qoyuluşu üçün hazırlıq sahəsində ciddi fərqlərin olduğu bir halda, bir beynəlxalq anlaşmanın qorunmasına maraq və əzmkarlığın göstərilməsi yetərsizdir.

Məhəmməd Cavad Zərif nüvə anlaşmasının Amerika tərəfindən pozulması haqda deyib: Amerikanın əhdə xilaf çıxması nüvə anlaşması ilə məhdud olmayıbdır və Amerika konqres tərəfindən də qəbul olunmuş Şimali Amerika üzrə azad ticarət müahidəsi və qısa və orta mənzilli nüvə arsenalının məhv edilməsi barədəki INF paktı kimi təqribən hər beynəlxalq razılaşmadan çıxıbdır.

İranın xarici işlər naziri Amerikanı qanunpozan adlandırıb və belə əlavə edib: Bu qanunpozmalar Amerikanın dünya ictimaiyyətində təcrid olmasına səbəb olubdur və hazırda Amerikanın beynəlxalq ictimaiyyətə qayıtmasının vaxtıdır.

Zərif Amerika ilə müzakirə barədə isə belə deyib: İran müzakirə masasını tərk etməyibdir. Müzakirə masası mövcuddur. Məhz Amerika qanunsuz və birtərəfli şəkildə nüvə anlaşmasından çıxdı və hazırda da Amerika ilə bağlıdır ki, müzakirə masasına qayıtsın, ya yox.