İyul 16, 2019 08:11 Asia/Baku
  • BMT iranlı diplomatlar üçün yaradılmış məhdudiyyətlərə reaksiya verib
    BMT iranlı diplomatlar üçün yaradılmış məhdudiyyətlərə reaksiya verib

Amerikanın Nyu-Yorkda iranlı diplomatlar üçün məhdudiyyətlər yaratması BMT-nin reaksiyası ilə üzləşibdir.

BMT baş katibinin müavini Fərhan Həqq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin səfəri üçün, eləcə də İranın BMT-dəki nümayəndəliyinin işçiləri üçün nəzərdə tutulmuş məhdudiyyətləri tənqid edərək, deyib: Ev sahibi olan ölkə kimi mövcud nigarançılıqları Amerikaya ötürdük.

ABŞ dövlət katibi bazar günü diplomatik qayda-qanunlara zidd bir ifadədə Nyu-Yorka səfərdə İranın xarici işlər naziri üçün məhdudiyyətlərin yaradılmasından xəbər verdi. O, amerikalıların İran xarici işlər nazirinin işgüzar səfərlərinin Amerikanın və dünyanın ümumi fikrinə təsir göstərməsindən nigaran olduqlarını etiraf edibdir.

Belə bir halda, Seyyed Əbbas Musəvi dedi ki, Nyu-Yorkun bəzi küçə və prospektlərində iştirak məhdudiyyətinin tətbiq olunmasının İran xarici işlər nazirinin iş proqramına təsiri olmayacaqdır.