İyul 16, 2019 15:26 Asia/Baku
  • İnqilab Rəhbəri: Nüvə anlaşmasındakı öhdəliklərimizi azaltmağa başlamışıq və mütləq davam edəcəkdir
    İnqilab Rəhbəri: Nüvə anlaşmasındakı öhdəliklərimizi azaltmağa başlamışıq və mütləq davam edəcəkdir

İslam İnqilabının Böyük Rəhbəri amerikalıların tələbkarcasına rəftarlarını və onların öz öhdəliklərinə əməl etməmələrini tənqid edərək, vurğulayıblar: Biz nüvə anlaşması üzrə öhdəliklərimizi azaltmağa təzə başlamışıq və bu proses mütləq davam edəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər bütün İran üzrə imamcümələr ilə görüşdə vurğulayıblar ki, İran xalqı və İran İslam Respublikası quruluşunun uğurları qərblilərin həsrət çəkən gözləri qarşısında günü-gündən artacaqdır. O həzrət əlavə ediblər: Özünü böyük görmək səbəb olacaq ki, qərblilər həqiqətləri dərk edə bilməsinlər. Əlbəttə, zəif xalqlar və ölkələr qarşısında bu təkəbbür onlara uğur gətirə bilər, amma qorxmayan və öz haqqını müdafiə edən xalqlar qarşısında qərbliləri məğlubiyyətə düçar edəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri İran xarici işlər nazirinin avropalıların İran qarşısındakı on bir öhdəliyi və onların hətta bir öhdəliyə belə əməl etməmələri barədəki açıq sözlərinə işarə edərək, deyiblər: Biz nüvə anlaşmasındakı və hətta ondan yuxarı öhdəliklərimizə əməl etmişik və indi onların rəftarlarına görə, öz öhdəliklərimizin icrasını azaltmağa başlamışıq, avropalılar da tələbkarcasına və həyasızcasına deyirlər ki, niyə bu işi görürsünüz?

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Öz öhdəliklərinizin heç birini yerinə yetirmədiyiniz siz avropalılar hansı haqla bizdən istəyirsiniz ki, öz öhdəliklərimizə sadiq qalaq?

O həzrət həmçinin ingilislərin dəniz quldurluğunu tənqid edərək, deyiblər: Xəbislikləri hamıya aşkar olan onlar dəniz quldurluğu ilə bizim gəmimizi oğurlayıblar, amma ona qanuni don geydirmək istəyirlər. Əlbəttə, İran İslam Respublikasındakı mömin amillər bu işləri cavabsız qoymayacaq və münasib fürsət və məkanda cavab verəcəklər.

O həzrət İran İslam Respublikasının iftixar gətirən müdafiə bacarıqlarını Müqəddəs Müdafiə dövründə əcnəbilərdən əl üzməyin və təzyiqlərin nəticəsi adlandırıb və belə əlavə ediblər: Hazırkı hərəkət də müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə özünəsöykənmə ilə mühüm nəticələrə gətirib çıxaracaqdır.

 

 

Teqlər