İyul 19, 2019 09:04 Asia/Baku
  • General Səlami: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı general-mayor Hoseyn Səlami Fars Körfəzində "Nazeat" dəniz məntəqəsi və üçlü adalarda yerləşən qüvvələrin müdafiə hazırlıqları miqdarının dəyərləndirilməsi zamanı deyib: Müdafiə strategiyasından hücum strategiyasına sürətli keçid qabiliyyətinin onun bütün zərurətləri və mövcud vəziyyətlərini hazırlamaqla yüksəldilməsi, bir reallıqdır ki, lazım olan təqdirdə onların işlənib hazırlanması və qüvvələrin genişləndirilməsi məhz onun əsasında həyata keçiriləcəkdir.

General Səlami İranın ölkə sularının təhlükəsizliyinin qorunmasında Sepah-ın dəniz bölmələrinin qənaətbəxş hazırlıqlı və məlumatlı olduqlarını vurğulayıb. O, əlavə edib: Fars Körfəzi bölgəsi, Hörmüz boğazı və ona aid olan ada və sahillər nəinki İran üçün, həm də bütün dünya üçün həssas və həyati bir məntəqədir və dünya iqtisadiyyatının ayrılmaz bir hissəsi sayılır.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bölgədənkənar qüvvələrin Fars Körfəzində onun həssaslığı bəhanəsilə olmalarının bölgənin təhlükəsizlik sisteminin pozulmasına və əmin-amansızlığın genişlənməsinə səbəb olduğunu bildirib.

General Səlami düşmənin təcavüzkar PUA-larının vurulması və dəniz piyadalarının həbs olunmalarını İran xalqı övladlarının iradəsi və qüdrətinin hissolunan nümunələrindən adlandırıb və belə deyib: İranlı qüvvələrin dənizdəki əhatəliliyi, gəmiçilik, enerji, ticarət və onun təhlükəsizliyinin təmini, sübut olunmuş və inkarolunmaz bir reallıqdır və İslam Dünyasının ruhlanması və bütün bölgə xalqlarının asayişi və təhlükəsizliyinin hiss olunması ilə nəticələnibdir.

 

 

Teqlər