İyul 21, 2019 18:00 Asia/Baku
  • İran parlamentinin üzvləri Sepah-ın İngiltərə tankerini müsadirə etmək üzrə sayıq addımına dəstək veriblər
    İran parlamentinin üzvləri Sepah-ın İngiltərə tankerini müsadirə etmək üzrə sayıq addımına dəstək veriblər

İran İslam Şurası Məclisinin üzvləri bu gün bir bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın İngiltərə tankerini müsadirə etmək üzrə sayıq addımına dəstək veriblər.

İran İslam Şurası Məclisi üzvlərinin bəyanatında deyilir: İngiltərə tankeri tərəfindən Hörmüz boqazından keçid qaydalarının pozulması, İngiltərə tərəfindən İran tankerinin qanunsuz şəkildə müsadirə olunması, bəzi tankerlərdə partlayış və təxribatçılıq daxil olmaqla beynəlxalq sularda ötən həftələrdə baş vermiş şübhəli hərəkətlər göstərir ki, zalım qüvvələr dünyaya lazım olan enerjinin köçürülməsi üçün Fars Körfəzi sularını təhlükəli göstərməyi planlaşdırırlar.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin bu kimi təxribatçılıq hərəkətləri ilə qətiyyətli və güclü rəftarın vacibliyini vurğulayaraq, İran dövlətindən istəyiblər ki, Hörmüz boğazından keçən gəmilərdən rüsumun alınması məsələsini öz gündəminə salsın.

Teqlər