İyul 21, 2019 20:36 Asia/Baku
  • Səravanda İranın təhlükəsizlik mühafizəçilərindən iki nəfər şəhid olub
    Səravanda İranın təhlükəsizlik mühafizəçilərindən iki nəfər şəhid olub

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın quru qoşunlarının İranın cənub-şərqində yerləşən Qüds qərargahı bir məlumatda Pakistan sərhədində bir terror qruplaşması ilə döyüşdə İran İslam Respublikasının təhlükəsizlik mühafizəçilərindən iki nəfərin şəhid olmasından xəbər verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının Qüds qərargahının bugünkü bəynatında deyilir: Bu döyüş şənbə günü axşamçağı Səravan şəhrestanında baş verib və İran İslam Respublikasının təhlükəsizlik mühafizəçilərindən iki nəfər şəhid olub, iki nəfər də yaralanıbdır.

Səravan şəhrestanı İranın cənub-şərqində, Pakistanla qonşuluqda yerləşir.

Teqlər