İyul 22, 2019 21:49 Asia/Baku
  • İngiltərə tankerinin müsadirəsi İranın hər bir hədəyə cavab iradəsini göstərir
    İngiltərə tankerinin müsadirəsi İranın hər bir hədəyə cavab iradəsini göstərir

İranın müdafiə naziri deyib: İranın İngiltərənin Cəbəluttariq boğazında İran İslam Respublikasının neftini daşıyan bir gəmini müsadirə etmək kimi yanlış addımına cavabı İranın hər bir hədəyə cavab qüdrəti və iradəsini göstərir.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün düşmənlərin İranın silahlı qüvvələrinin müdafiə hazırlığı ilə bağlı küdurətlərinə toxunaraq, deyib: İran raket, hava hücumundan müdafiə və elektronika sahələri daxil olmaqla bütün müdafiə və döyüş sahələrində inkişaf edibdir.

İranın müdafiə naziri Amerikanın "Qlobal Hauk" casusluq pilotsuznunun Hormozqan vilayətində İran İslam Respublikasının ərazi bütövlüyünə təcavüzdən sonra məhv edilməsinə toxunaraq, deyib: Ölkənin silahlı qüvvələrinin bu aşkar təcavüzə sayıqcasına cavabı İslami İranın müdafiə və önləyicilik istiqamətindəki qüdrətini göstərir.

Teqlər