İyul 24, 2019 11:43 Asia/Baku
  • Laricani: Fələstinə dəstək islami zərurətdir
    Laricani: Fələstinə dəstək islami zərurətdir

İran İslam Şurası Məclisinin sədri deyib ki, Tehran Fələstinə dəstəyi islami zərurət bilir. O, qeyd edib ki, müqavimət, Fələstinin düşmənlərində peşmançılıq yaratmağın yeganə yoludur.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani dünən axşam Tehranda Fələstin İslami Müqavimət Təşkilatı- Həmas-ın siyasi bürosunun sədr əvəzi Salih əl-Aruri ilə görüşdə bildirib ki, İran İslam Respublikasının siyasəti həmişə məzlum Fələstin xalqına dəstək olubdur.

Laricani həminin “əsrin sövdələşməsi” planını elə əvvəldən məğlubiyyətə uğramış plan adlandırıb. Bildirib ki, bir neçə mürtəce ərəb ölkəsindən savayı heç bir ölkə bu məsələni ciddi tutmayıbdır.

Fələstin İslami Müqavimət Təşkilatı- Həmas-ın siyasi bürosunun sədr əvəzi Salih əl-Aruri də amerikan “əsrin sövdələşməsi” planının çərçivələrinə işarə edərək, deyib: Bu planın əsl məqsədi, Fələstin məsələsinin sionist rejimin xeyrinə həll olunmasıdır.

“Əsrin sövdələşməsi” Amerika hökumətinin təqdim etdiyi yeni bir plandır. Bu plan Fələstin xalqının hüquqlarını aradan götürmək ardıncadır. Plan ərəbistan və əmirliklər daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlıqları ilə işlənib hazırlanıbdır.

 

 

Teqlər