İyul 26, 2019 08:43 Asia/Baku
  • Zərifin Latın Amerikasına və Seneqala səfərləri başa çatıb

İranın xarici işlər naziri Nyu-York, Venesuela, Nikaraqua, Boliviya və Seneqala səfərlər, bir neçə beynəlxalq iclasda iştirak və bu ölkələrin rəsmilərilə ikitərəfli görüşlərdən sonra Seneqalın paytaxtı Dakardan Tehrana geri dönübdür.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin iqtisadi və ictimai şurasının yüksək vəzifəli rəsmilərinin illik iclasında iştirak etmək məqsədilə iyulun on üçündə Nyu-Yorka səfər etdi.

Zərif bu səfərdə BMT-nin iqtisadi və ictimai şurasında çıxışdan əlavə, BMT-nin baş katibi Antonio Quterreş ilə görüşdü və CMBC, CNN, Bloomberq və PBS kimi medialara müsahibələr verdi.

İranın xarici işlər naziri Nyu-Yorkdan Venesuelanın paytaxtı Karakasa yola düşdü və qoşulmama hərəkatının xarici işlər nazirləri iclasında çıxışla bərabər, Venesuelanın prezidenti və Karakas iclasında iştirak edən bəzi xarici işlər nazirləri ilə də görüşdü.

Zərif daha sonra Nikaraqua və Boliviyaya yola düşüb, bu ölkələrin yüksək vəzifəli rəsmilərilə görüşərək, onlarla ikitərəfli mövzular barədə məşvərət edibdir.

İranın diplomatiya aparatının başçısı öz səfərinin sonuncu dayanacağında da çərşənbə günü gecə Afrika ölkəsi olan Seneqalın paytaxtı Dakara daxil oldu və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşərək, onlarla son regional və beynəlxalq, eləcə də ikitərəfli münasibətlərlə bağlı ən mühüm məsələlər barədə danışdı.

 

 

Teqlər