İyul 28, 2019 17:51 Asia/Baku
  • Laricani: İranın strategiyası bölgədə təhlükəsizliyi yüksəltməkdir
    Laricani: İranın strategiyası bölgədə təhlükəsizliyi yüksəltməkdir

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İranın strategiyası bölgədə təhlükəsizliyi yüksəltməkdir. O, deyib ki, təhlükəsizlik yalnız bölgə ölkələri vasitəsilə əldə olunur.

Əli Laricani bu gün Tehranda Omanın xarici işlər naziri Yusif bin Ələvi ilə görüşdə əlavə edib: Bəzi region ölkələri sabit təhlükəsizliyə nail olmaq üçün rəftarlarını dəyişməlidirlər, zira onların hazırkı rəftarları regionu təhlükəli edir. Daha Yəməndə uzunmüddətli savaşın şahidi olmaq olmaz.

İran parlamentinin sədri Amerikanın nüvə anlaşmasından çıxmasına və avropalıların İranı nüvə anlaşmasının iqtisadi mənfəətlərindən bəhrələndirmək üzrə öhdəliklərinin icrasındakı sədaqətsizliklərinə toxunub. O, deyib: Amerikanın İrana qarşı sanksiyaları ilə, İngiltərə də Vaşinqtonu müşayiət etmək üçün Cəbəluttariqdə İran tankerini müsadirə etdi ki, bu dəniz quldurluğunun onlara faydası olmayacaqdır.

Yusif bin Ələvi də deyib: İran bölgənin təhlükəsizliyində mühüm rol oynayır. Amma təəssüflər olsun ki, dünyanın problemi, ağıl və məntiq hakimiyyətinin olmamasıdır.

Teqlər