Avq 02, 2019 13:05 Asia/Baku
  • İran PA başçısı Türkiyəyə səfər edib

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı bu gün bir nümayəndə heyəti ilə İstanbul hava limanına daxil olub.

İran İslam Respublikası Prezident Administrasiyasının başçısı Mahmud Vaezi bu səfərdə Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğan, həmçinin iqtisadiyyat və maliyyə naziri Barat Albayrak ilə görüşərək, onlarla qarşılıqlı həmkarlıq və əlaqələrin genişləndirilməsi haqda danışacaq.

Türkiyənin ticarət və gömrük naziri ilə görüş və iki ölkənin iqtisadi fəalları ilə söhbət Vaezinin İstanbula birgünlük səfərinin digər proqramlarından olacaqdır.

Teqlər