Avq 04, 2019 19:27 Asia/Baku
  • İranın cənubunda 700 min litr yanacaq qaçaq edən xarici tanker müsadirə olunub
    İranın cənubunda 700 min litr yanacaq qaçaq edən xarici tanker müsadirə olunub

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri İranın cənubunda yerləşən Farsi adasının ətrafında 700 min litr yanacaq qaçaq edən xarici tankeri müsadirə ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələri bir məlumatda bildirib: Mütəşəkkil qaçaqmalçılığın aşkar edilməsi və onunla mübarizə məqsədilə Fars Körfəzində gəmi və tankerlərin gediş-gəlişlərinə nəzarət əməliyyatında bu qüvvələrin dəniz patrul dəstələri xarici tankerlərdən biri vasitəsilə yanacağın qaçaq edilməsinə əmin və bundan məlumatlı olmaqla 700 min litr qaçaq yanacaq daşıyan bu tankeri məhkəmə orqanları ilə koordinasiyadan və onlardan hökmün alınmasından sonra Farsi adasının ətrafında müsadirə ediblər.

Bu məlumatda əlavə olunur: Bu xarici tanker müsadirə edildikdən sonra Buşehrə köçürülüb və onda mövcud olan qaçaq yanacaq İranın Buşehr vilayətinin Milli Neft Məmulatlarının Yayılması Şirkətinə təhvil verilibdir.

Teqlər