Avq 10, 2019 21:29 Asia/Baku
  • İranlı diplomat Zərifin sanksiyasına qarşı beynəlxalq hərəkətə çağırıb
    İranlı diplomat Zərifin sanksiyasına qarşı beynəlxalq hərəkətə çağırıb

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi Amerikanın İran İslam Respublikasının xarici işlər nazirini sanksiya etmək üzrə qanunsuz hərəkəti barədə xəbərdarlıq edərək, dünya ictimaiyyətini bu rəftarla mübarizəyə çağırıb.

Kazem Qəribabadi Vyanada yerləşən səfirlərə, həmçinin beynəlxalq təşkilatların baş direktorlarına məktub göndərərək, bildirib ki, İran İslam Respublikasının xarici işlər nazirinin Amerika tərəfindən sanksiya edilməsinin əsas səbəbi, Zərifin sədaqətlə diplomatiyaya, sülhə və çoxvektorluluğa dəstək verməsidir. O, əlavə edib: Bu addım Amerikanın İrana qarşı təzyiq siyasəti istiqamətindəki qanunsuz hərəkətlərinin digər bir bariz nümunəsidir.

Qəribabadi vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatına üzv bir ölkənin xarici işlər nazirinin sanksiya edilməsi BMT Nizamnaməsi daxil olmaqla beynəlxalq hüquq normalarının əsas qayda və prinsiplərinin biabırçı şəkildə pozulması deməkdir. O, əlavə edib: Amerikanın bu özbaşına qərarı bir daha bu ölkə başçılarının təzadlı ifadələr təqdim etmək üzrə uzun keçmişə malik ikibaşlı hərəkətlərini ifşa etdi.

Teqlər