Avq 14, 2019 07:14 Asia/Baku
  • İnqilab Rəhbəri: Qüdrətlə səudların və BƏƏ-çilərin fitnəsi qarşısında dayanmaq lazımdır
    İnqilab Rəhbəri: Qüdrətlə səudların və BƏƏ-çilərin fitnəsi qarşısında dayanmaq lazımdır

İslam İnqilabının Böyük Rəhbəri Yəmənin Ənsarullah hərəkatından olan heyət ilə görüşdə vurğulayıblar ki, səudlar və BƏƏ-çilər Yəməni parçalamaq ardıncadırlar. O, həzrət qeyd ediblər ki, qüdrətlə bu fitnə qarşısında dayanmaq, vahid, müttəfiq və ərazi bütövlüyünə malik Yəməni himayə etmək lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri dünən axşam bu görüşdə Yəmən xalqının səudlar, BƏƏ-çilər və onların himayədarlarının vəhşicəsinə və geniş təcavüzləri qarşısındakı cihadi ruhiyyəsi, sayıqlığı, müqaviməti və imanını yüksək qiymətləndirərək, vurğulayıblar: Yəməndəki dini əqidələrə və müxtəlif qövmlərə əsasən, bu ölkənin birliyinin qorunması yəmənli-yəmənli dialoqlarını tələb edir.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Yəmən xalqı öz dərin və tarixi sivilazisiyası ilə və bu beş ildə göstərdiyi mübarizə və müqavimət əhval-ruhiyyəsi ilə yaxşı gələcəyə malikdir; güclü hökumət yaradacaq və həmin hökumət çərçivəsində inkişafa nail olacaqdır.

O həzrət İran İslam Respublikası quruluşunun anti-Amerika və anti-Qərb mövqelərinə işarə edərək, vurğulayıblar: Bu mövqe təəssübə əsaslanmır. Bu mövqe insan, vətəndaş və əxlaq zahiri ilə ən pis cinayətlər törədən Amerika və Qərb dövlət başçılarının fəaliyyətlərinə və gerçəkliklərə əsaslanır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin Qərb dünyasının Yəmən və Fələstində baş verən cinayətlər qarşısındakı laqeydliklərini müasir dünyanın gerçəkliklərinin bir nümunəsi adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin Yəmənin mömin və müqavimətli qadın və kişilərinin mübarizələrinə dəstək verərək, əlavə ediblər: Bu cinayətkar qüdərlərlə iman və müqavimət qüdrəti ilə, həmçinin ilahi yardıma söykənməklə qarşılaşmaq olar və yeganə yol, budur.

Bu görüşün əvvəlində Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam bu hərəkatın rəhbəri Seyyid Əbdulməlik Bədrəddinin Həzrət Ayətullahuluzma Xameneiyə ünvanlanmış məhktubunu təqdim edərək, deyib: Son dərəcə çətin vəziyyətdə olan Yəmən xalqı boş əl, amma iman və müqavimətlə on yeddi ölkənin təcavüzü qarşısında dayanıbdır.

Əbdussəlam əlavə edib: Sizə söz veririk ki, Yəmən xalqı müttəfiq və vahid mövqedən çıxış edərək, özünün təcavüz və zülm qarşısındakı müqavimətini tam qələbəyədək davam etdirəcəkdir.

Teqlər