Avq 14, 2019 19:03 Asia/Baku
  • Sionistlərin islami ölkələri parçalamaq fitnəsi uğursuz qaldı
    Sionistlərin islami ölkələri parçalamaq fitnəsi uğursuz qaldı

İran İslam Şurası Məclisinin sədri Livan Hizbullahının 33 günlük savaşdakı qələbəsinin ildönümünü təbrik edərək, vurğulayıb: Sionistlərin islami ölkələri parçalamaq fitnəsi uğursuz qaldı.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün Livan parlamentinin sədri Nəbih Berriyə və Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullaha müraciətlərində 33 günlük Livan savaşında sionist rejimin saxta heybətinin sınmasına toxunub və belə əlavə edib: Bu qələbə Hizbullah döyüşçülərinin fədakarlıqları, cihadları, iman qüdrətləri və müqavimət cərəyanının rəhbərliyi və mətanətinin nəticəsidir.

Laricani həmçinin bir daha İran İslam Respublikasının sionist rejim qarşısında müqavimətə dəstək verdiyini vurğulayıb: "Əsrin sövdələşməsi" planı sionistlərin təcavüzkar arzusunu çin eləyə bilməyəcək.

Sionist rejimlə Livan Hizbullahı qüvvələri arasındakı 33 günlük müharibə 2006-cı il iyulun 12-də başlandı və elə həmin il avqustun14-də Livan Hizbullahının qələbəsi ilə başa çatdı.

Sionist rejim Livanla 33 günlük müharibədə ağır tələfat və xəsarətə uğrayaraq, məğlub və geri çəkilməyə məcbur oldu.

Teqlər