Avq 16, 2019 07:39 Asia/Baku
  • Cəbəlüttariqdəki İran tankeri azad edilib
    Cəbəlüttariqdəki İran tankeri azad edilib

Amerikanın sabotajına və İngiltərə hökumətinin gərginlik yaradan hərəkətlərinə rəğmən, Cəbəlüttariq bölgəsinin ali məhkəməsi dünən İran neftini daşıyan "Qris 1" tankerinin dərhal azad edilməsi barədə hökm verdi.

İki milyon barreldən çox İran neftini daşıyan "Qris 1" tankeri Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarının pozulması bəhanəsilə iyulun dördündə Cəbəlüttariq polisi və İngiltərənin xüsusi qüvvələri tərəfindən müsadirə olunmuşdu.

Amerika Cəbəlüttariq başçılarından istəmişdi ki, İran neftini daşıyan tankerin müsadirəsini davam etdirsin. Amma Cəbəlüttariq bölgəsinin ali məhkəməsi "Qris 1" tankerinin dərhal azad edilməsi barədə hökm verdi.

Bu hökm siyasi və media dairələrində Amerika və İngiltərənin məğlubiyyəti kimi qiymətləndirilibdir.

İran Limanlar və Gəmiçilik Təşkilatının sədr müavini Cəlil Eslami dünən gecə Əlaləm telekanalı ilə müsahibədə deyib: "Qris 1" tankerinin azad edilməsindən və Cəbəlüttariq məntəqəsini tərk etməsindən öncə böyük səylərlə bu iranlı tankerin dənizçiləri azad edildilər.

İranın İngiltərədəki səfiri Amerikanın əbəs səylərinə rəğmən, İran neftini daşıyan tankerin müsadirəsinin aradan qaldırılmasını Birləşmiş Ştatlar üçün digər təhqiredici bir məğlubiyyət kimi dəyərləndirdi.

Əldə olunan məlumatlar göstərir ki, Amerika Birləşmiş Ştatları İngiltərədən bu tankeri müsadirə etməsini istəmişdi.

İran İslam Respublikasının xarici işlər naziri də İran neftini daşıyan tankerin müsadirə edilməsini dəniz quldurluğu adlandırıbdır. Zərif İngiltərə xarici işlər nazirliyinin Avropa Birliyinin sanksiyalarını himayə etmək üzrə bəyanatına işarə edərək, deyibdir ki, heç bir şey dəyişməyib və "Qris 1" tankerinin müsadirə olunması yüz faiz qanunsuz olubdur.

Teqlər