Avq 16, 2019 14:51 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Yəmən müqaviməti təcavüzkarlara qalib gələcək
    Tehranın cümə namazı xitabətçisi: Yəmən müqaviməti təcavüzkarlara qalib gələcək

Tehranın cümə namazı xitabətçisi Yəmən xalqının təcavüzkar səud koalisiyası qarşısındakı müqavimətini yüksək qiymətləndirərək, vurğulayıb ki, Yəmən müqaviməti təcavüzkarlara qalib gələcək.

Tehranın cümə namazı xitabətçisi höccətulislam Kazem Seddiqi Yəmənin cənubunda səud və BƏƏ təcavüzkarlarının döyüşlərinə toxunub. Bildirib ki, Yəmənin parçalanması fitnəsi baş tutmayacaq.

Höccətulislam Seddiqi həmçinin Kəşmir olaylarından nigarançılıq edib. O, toqquşan tərəfləri təmkinliliyə səsləyib.

Tehranın cümə namazı xitabətçisi Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzakinin vəziyyətinə də toxunub. O, insan haqları iddiasında olan ölkələrin Şeyx Zəkzakinin müalicəsi prosesi ilə bağlı susmalarını tənqid edib.

Tehranın cümə namazı xitabətçisi Amerikanın təcavüzkar casusluq pilotsuzunun İranın ölkə səmasında vurulmasını da İran İslam Respublikasının müdafiə qüdrətinin nişanəsi adlandırıbdır.