Avq 16, 2019 20:39 Asia/Baku
  • Vaezi: Qris-1 tankerinin azad edilməsi bütün quruluş üçün diplomatik bir qələbədir
    Vaezi: Qris-1 tankerinin azad edilməsi bütün quruluş üçün diplomatik bir qələbədir

İran prezident administrasiyasının rəhbəri deyib: Qris-1 tankerinin dövlətin himayəsi və quruluşun bütün orqanlarının, ölkə hüquqşünasları və diplomatlarının arxa durmaları ilə azad edilməsi bütün quruluş üçün diplomatik bir qələbədir.

Məhmud Vaezi bu gün səhər müxbirlərə deyib: Qris-1-in müsadirə olunması Amerikanın göstərişi ilə həyata keçirilən bir dəniz tutulması idi və ölkənin və quruluşun reaksiyaları ilə üzləşdi.

Vaezi İran tankerinin azad edilməsinin ölkə üçün bir qələbə olduğunu bildirərək, deyib: Bizim hüquqşünaslarımızın gördükləri iş sübut etdi ki, Avropa Birliyinin İrana qarşı sanksiyaları azad sularda gəmiçilik etmək istəyən İranın deyil, onların özlərinin əleyhinə olacaq.