Avq 17, 2019 16:53 Asia/Baku
  • Tehran Tokio ilə məşvərətlərin davam etməsini alqışlayır

İran İslam Respublikasının xarici işlər naziri və Yaponiya xarici işlər nazirinin müavini görüşüblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda Yaponiya xarici işlər nazirinin müavini More Takeo ilə görüşdə iki ölkənin səmimi və konstruktiv əlaqələrinə, həmçinin Yaponiya baş nazirinin Tehrana tarixi və mühüm səfəri, həmçinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşünə toxunub, ikitərəfli əlaqələr və regional məsələlər barədə Yaponiya ilə məşvərətlərin davam etməsini alqışlayıb.

More Takeo da İran xarici işlər nazirinin müavini Seyyed Əbbas İraqçı ilə səmərəli danışıqlarına işarə edib. Qeyd edib ki, Yaponiya Tehranla əlaqələrə və məşvərətlərin davam etməsinə böyük önəm verir.

Teqlər