Avq 18, 2019 13:40 Asia/Baku
  • Sərhəd təhlükəsizliyi sahəsində İran-İraq həmkarlıqları genişlənir
    Sərhəd təhlükəsizliyi sahəsində İran-İraq həmkarlıqları genişlənir

İranın daxili işlər naziri müştərək sərhədlərin təhlükəsizliyi sahəsində İran-İraq həmkarlıqlarının genişləndirilməsindən xəbər verib.

İranın daxili işlər naziri Əbdurreza Rəhmani Fəzli dünən Tehranda İraqın daxili işlər naziri Yasin əl-Yasiri ilə görüşdə iki ölkə arasında sərhəd əməkdaşlıqları barədə anlaşma sənədinin imzalanmasına işarə edərək, deyib ki, iki ölkə polisi arasında həmkarlıqların genişləndirilməsi və İmam Husəyn(ə) ərbəini mərasiminin keçirilməsində təhlükəsizliyin bərqərarı kimi müxtəlif mövzular yeni əməkdaşlıq memorandumunun maddələrindəndir.

Rəhmani Fəzli ümidvarlıq edib ki, müştərək sərhədlərin təhlükəsizliyi sahəsində İran-İraq həmkarlıqlarının genişləndirilməsi barədə memorandum Tehran-Bağdad münasibətlərinin gücləndirilməsi istiqamətində atılan iri addım olacaq.

Yasin əl-Yasiri də deyib: İki tərəf arasında imzalanmış anlaşma sənədi və yeni tədbirlər ilə İmam Husəyn(ə) ərbəininin iranlı zəvvarlarının İraqa gediş-gəlişi asanlaşacaqdır.

İraqın daxili işlər naziri bildirib ki, İran ilə İraq arasında müştərək sərhədlərin təhlükəsizliyinin bərqərarı üzrə anlaşma sənədinə əsasən, Xosrəvi sərhədi açıqdır və onun vizası götürülübdür. O, əlavə edib: İranlı zəvvarların giriş-çıxışları və onların təhlükəsizliklərinin təmini üçün lazım olan bütün tədbirlər nəzərdə tutulubdur.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, ötənilki Ərbəin ziyarəti üzrə piyada yürüşündə təqribən on dörd milyon zəvvar iştirak edibdir ki, onların iki milyon nəfərdən çoxu İrandan olubdur.