Avq 18, 2019 15:24 Asia/Baku
  • Azad edilmiş İran tankeri Cəbəluttariqdən çıxıb
    Azad edilmiş İran tankeri Cəbəluttariqdən çıxıb

İran neftini daşıyan tanker azad edildikdən sonra Cəbəluttariq boğazından çıxıb və öz hərəkətini davam etdirməkdədir.

Sputnik xəbər agentliyi məlumat verir: Hazırda İran bayrağı və "Adrian Dərya" adı altında İran neftini daşıyan "Qris 1" tankeri biraylıq müsadirənin götürülməsindən və Cəbəluttariqi tərk etmək barədə icazə aldıqdan sonra bu məntəqəni tərk etməkdədir.

İspaniyanın xarici işlər naziri Cozep Borrell bildirib ki, bu tanker çoxdan bəri İran neftinin ixracatını məhdudlaşdırmağa çalışan Amerikanın istəyi əsasında müsadirə olunmuşdu.

Amerikanın sabotajına və İngiltərə hökumətinin gərginlik yaradan hərəkətlərinə rəğmən, Cəbəluttariqin ali məhkəməsi cümə axşamı günü bu tankerin dərhal azad edilməsi haqda hökm çıxardı.

Teqlər