Avq 19, 2019 07:20 Asia/Baku
  • İranın
    İranın "Adrian Dərya" tankerinin hərəkəti təsdiq olunub

İran İslam Respublikasının Londondakı səfiri İran neftini daşıyan tankerin Cəbəuttariqdən beynəlxalq sulara doğru hərəkət etdiyini təsdiq edib.

Həmid Bəidinejad bu gün səhərçağı bir twitt-də Cəbəlüttariqdəki İran neftini daşıyan tankerin hərəkətindən xəbər verərək deyib: Nəhayət 45 gün Cəbəlüttariq sularında müsadirədən sonra bu tanker beynəlxalq sulara doğru hərəkətə başlayıb.

İranın İngiltərədəki səfiri əlavə edib: Beynəlxalq və regional ümumi fikrin, həmçinin siyasətçilərin böyük diqqəti bu bir neçə gündə atılmış addımların mühüm siyasi, beynəlxalq və hüquqi nəticələrini göstərir.

Hazırda İran bayrağı və "Adrian Dərya" adı altında İran neftini daşıyan "Qris 1" tankeri Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarının pozulması bəhanəsilə iyulun dördündə Cəbəlüttariq boğazında İngiltərənin dəniz qüvvələri tərəfindən müsadirə olunmuşdu.

 

Teqlər