Avq 19, 2019 08:54 Asia/Baku
  • Finlandiyanın Fars Körfəzi barədəki layihəsi İranın layihəsinə bənzəyir
    Finlandiyanın Fars Körfəzi barədəki layihəsi İranın layihəsinə bənzəyir

İranın xarici işlər naziri deyib: Finlandiya keçmişdən Fars Körfəzi barədə dialoq üçün bir layihəyə malik idi ki, təqribən İran tərəfindən irəli sürülən layihəyə bənzəyir.

Məhəmməd Cavad Zərif Finlandiyanın paytaxtı Helsinkiyə daxil olarkən müxbirlər qarşısında əlavə edib: Bir neçə il bundan öncə Helsinkiyə gəldim və Fars Körfəzində regional dialoqlar assambleyası layihəsini irəli sürdüm. Finlandiyalılar həmişə bu mövzulara maraqlı olublar.

İranın xarici işlər naziri Finlandiya, İsveç və Norveç rəsmilərilə regional məsələlər barədəki danışıqlarına işarə edərək, əlavə edib: Bu üç ölkə İranın regional məsələləri sahəsində fəaliyyət göstərir. İsveç ilk Yəmən iclasının məsuliyyətini daşıyırdı, həmçinin Norveç Əfqanıstan barədə iclas keçirmək ardıncadır.

Zərif Finlandiyadan sonra İsveç və Norveçə səfər edəcək.