Avq 19, 2019 15:52 Asia/Baku
  • İranın xarici işlər naziri Finlandiya prezidenti ilə görüşüb
    İranın xarici işlər naziri Finlandiya prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Helsinkidə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşüb və onunla beynəlxalq və regional məsələlər barədə danışıb.

Bazar günü gecə siyasi bir nümayəndə heyəti ilə Helsinkiyə daxil olmuş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Finlandiyanın xarici işlər, əməkdaşlığın genişləndirilməsi və xarici ticarət nazirləri ilə də görüşməlidir.

İkitərəfli əlaqələr, Avropa həmkarlıqları, beynəlxalq və regional məsələlər, nüvə anlaşmasının qorunması və İNSTEKS mexanizminin araşdırılması İranın xarici işlər nazirinin Finlandiya rəsmillərilə ən mühüm müzakirə mehvərlərindən elan olunubdur.

İranın xarici işlər naziri həmçinin bu gün Finlandiya böhranın idarə olunması üzrə tədqiqat mərkəzində olaraq, bu mərkəzin üzvləri ilə regional və beynəlxalq təhlükəsizlik barədə söhbət edibdir.

Zərif Finlandiyadan sonra İsveçə və Norveçə səfər etməlidir.