Avq 20, 2019 15:34 Asia/Baku
  • Zərif İsveçin xarici işlər naziri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri bu gün səhər avropalı rəsmilərlə məşvərətlərinin davamında İsveçin xarici işlər naziri ilə görüşüb.

Dünən axşam İsveçin paytaxtı Stokholma daxil olmuş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçin xarici işlər naziri Marqot Vallström ilə regional və beynəlxalq məsələlər, xüsusən nüvə anlaşmasının qorunması və İNSTEKS-in fəaliyyət tərzi barədə danışıb.

İsveçin ticarət naziri Ann Linde, bu ölkənin sabiq baş naziri və xarici işlər naziri Karl Bildt, həmçinin İranda müsadirə olunmuş İngiltərə gəmisinin sahibi Erik Honel ilə görüşlər İran xarici işlər nazirinin Stokholmdakı bugünkü proqramlardandır.

Zərif sabah da İsveçin baş naziri və parlament sədri ilə görüşərək, onlarla məşvərət edəcəkdir.

İranın xarici işlər naziri bundan öncə Finlandiyaya səfərdə bu ölkənin rəsmiləri ilə görüşübdür. O, avropalı rəsmilər ilə məşvərətin davamında Norveçə, ondan sonra isə Fransaya səfər etməlidir.

 

Teqlər