Avq 22, 2019 07:09 Asia/Baku
  • Zərif: İsveçdəki dialoqlar konstrutiv idi

İranın xarici işlər naziri deyib ki, İsveç rəsmiləri ilə siyasi və iqtisadi məsələlər, eləcə də nüvə anlaşması barədə yaxşı danışıqlar aparıbdır.

Məhəmməd Cavad Zərif dünən gecə twitter-də yazıb ki, İsveçin hökumət rəsmiləri, o cümlədən bu ölkənin baş naziri və xarici işlər naziri ilə danışıqlarda nüvə anlaşmasının qorunmasının önəmi vurğulandı.

İranın xarici işlər naziri dünən Stokholmda İsveçin baş naziri və parlament sədri ilə görüşlər keçirib.

Zərif İsveç parlamentinin sədri Andreas Norlen ilə görüşdə onunla ikitərəfli həmkarlıq, iki  ölkə arasında parlament səfərləri, nüvə anlaşması, həmçinin son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Şimali Avropa ölkələrinə səfərinin davamında dünən gecə Norveçin paytaxtı Osloya daxil olub.

İranın xarici işlər naziri üç Skandinaviya ölkəsinə səfərdən sonra cümə günü Parisdə Fransanın prezidenti Emmanuel Makronla görüşüb, danışıqlar aparacaq.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ikitərəfli əlaqələri araşdırmaq, eləcə də Tehranın nüvə anlaşması və Qərbi Asiya bölgəsindəki siyasətlərini şərh etmək məqsədilə dörd Avropa ölkəsinə səfər edibdir.

 

 

Teqlər