Avq 22, 2019 09:08 Asia/Baku
  • İslam İnqilabından sonra İranın müdafiə qüdrəti günü-gündən artıb

İranın müdafiə naziri deyib ki, İran İslam Respublikasının müdafiə qüdrəti 2300 dəfə artıbdır.

Briqada generalı Əmir Hatəmi dünən gecə İran İslam Respublikasının TeleRadio Təşkilatının Xəbər telekanalının “Bu gecənin başlığı” adlı verilişi ilə müsahibədə deyib: Sanksiya sıxıntıları və probleminin kənarında cihadi səy, etiqad və stimul İranın müdafiə gücünün günü-gündən artmasına səbəb olubdur.

General Hatəmi söyləyib: Təhdid və sanksiyalar şəraitində İranda yaxşı təhlükəsizlik hökm sürür.

İranın müdafiə naziri xarici müəssisələrin 55 müxtəlif göstəriciyə malik dəyərləndirmələrinə işarə edərək, deyib: Bəzi Qərb saytlarının məlumatlarına görə, 2018-ci ildə 136 ölkə arasında İranın hərbi gücü və dərəcəsi 20-dən 13-ə yüksəlibdir.

Briqada generalı Əmir Hatəmi vurğulayıb: Bu gün İranın müdafiə sənayesinin məhsulları inqilabdan öncəki 31 qrupdan İslam İnqilabının qələbəsindən sonra 770-dən çox qrupa çatıbdır.

İranın müdafiə naziri təhdid və sanksiyanı İranın hərbi istiqlaliyyəti üçün bir imkan adlandırıb və belə deyib: Sanksiyalar səbəb oldu ki, İran bütün sıxıntılarda öz daxili bacarığına söykənmiş olsun.

 

Teqlər