Avq 22, 2019 13:00 Asia/Baku
  • Yerli

22 avqust, İranda müdafiə sənayesi günü ilə bir zamanda uzaq mənzil və yüksəkli yerli zenit raket sistemi- "Bavər-373" İran prezidenti Həsən Ruhaninin iştirakı ilə təqdim olunub.

"Bavər-373" İranın ən mühüm zenit raket sistemi layihəsidir. Bu sistemin düzəldilməsi bir neçə il bundan öncədən başlanıb.

Bu raket sistemi aşağı səviyyələrdən tutmuş 65 kilometrlik yüksəkliyə və təqribən 300 kilometr mənzilədək olan bir mühiti müdafiə etmək qabiliyyətinə malikdir.

"Bavər-373" zenit raket sistemi günün tələbatına uyğun surətdə konstruksiya edilərək, düzəldilib. Bu sistem eyni zamanda yüz hədəfi müəyyən və aşkar etmək, eləcə də təsnifata ayırmaq qabiliyyətinə malikdir. O, eyni vaxtda altı hədəflə mübarizə apara bilir.

Teqlər