Avq 22, 2019 17:00 Asia/Baku
  • Zərif Norveçin baş naziri ilə məşvərət edib

İranın xarici işlər naziri bu gün Norveçin paytaxtı Osloda bu ölkənin baş naziri ilə görüşüb. Tərəflər regional və beynəlxalq məsələlər barədə söhbət ediblər.

Məhəmməd Cavad Zərif Erna Sulberq ilə görüşdə onunla ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.

İranın xarici işlər naziri həmçinin Norveçin ticarət və sənaye naziri ilə görüşüb.

Norveçin xarici işlər naziri, bu ölkə parlamentinin rəyasət heyəti, həmçinin xarici işlər və müdafiə komissiyasının sədri ilə görüş, eləcə də Norveç beynəlxalq məsələlər institutunda çıxış İranın diplomatiya aparatı başçısının Norveç səfərindəki digər iş proqramlarından elan olunubdur.

Teqlər